Qəbələ”nin braziliyalı futbolçusu Felipe Santos komandadan ayrıla bilər.

Futbolçuya doğma ölkəsinin “Ponte Preta” klubu təklif göndərib. Ancaq “Qəbələ” də Santosu heyətdə saxlamaq istəyir. Rəhbərlik müqaviləsi yayda başa çatacaq “sambaçı”ya yeni anlaşma təklif etmək fikrindədir. Qeyd edək ki, bu mövsümün əvvəlində “Şamaxı”dan transfer olunan futbolçu 29 oyunda 3 qol vurub.